Pezeşkiana ABŞ səfəri üçün VİZA VERİLDİ, amma... - Nyu-Yorkdan alış-veriş YASAQLANDI
İran Prezidenti Məsud Pezeşkianın ABŞ-yə səfəri ilə bağlı qərar verilib.
SAVASHMEDİA.az xəbər verir ki, Pezeşkianın Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasında iştirak etməsi gözlənilir.
ABŞ Pezeşkian və xarici işlər naziri Abbas Əraqçiyə səfər üçün viza verib. Pezeşkianın sentyabrın 23-də BMT-də çıxış edəcəyi nəzərdə tutulub.
Bununla yanaşı, İran nümayəndə heyətinin Nyu-Yorkda hərəkətinə və alış-verişinə məhdudiyyətlər tətbiq olunacaq. Onların sərbəst hərəkət edə biləcəyi ərazi məhdudlaşdırılacaq, lüks və bəzi digər malların alınmasına icazə verilməyəcək.
ABŞ həmçinin builki İran nümayəndə heyətinin ötən ildəkindən daha kiçik olacağını bildirib.
Oğuz