Trampın kürəkəni Putini PƏRT ETDİ - "Keçən il də belə deyirdiniz..."

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Vladimir Putinlə görüşdə Rusiya liderinin Donbasla bağlı proqnozunu şübhə altına alıb.

Sep 18, 2026 - 14:38
Trampın kürəkəni Putini PƏRT ETDİ - "Keçən il də belə deyirdiniz..."

SAVASHMEDIA.az xəbər verir ki, “The New York Times”ın yazdığına görə, Trampın nümayəndələri - onun kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Vitkoff sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.

Üç saatdan çox davam edən görüşdə əsas müzakirə mövzularından biri Ukraynadakı müharibənin dayandırılması olub.

Məlumata görə, Putin amerikalı nümayəndələrə Rusiya ordusunun yaxın aylarda Donbasın qalan hissəsinə nəzarəti ələ keçirəcəyini bildirib.

Cared Kuşner isə bu fikrə etiraz edib. O, Putinə oxşar proqnozun bir il əvvəl də səsləndirildiyini xatırladıb:

“Sizə hörmətim sonsuzdur, amma siz bizə bir il əvvəl də eyni şeyi demişdiniz. Bir ildən sonra yenidən bura gəlsək və siz eyni sözləri desəniz, necə olacaq? Bəlkə daha bir ili itirməyək?”

Görüş zamanı Ukrayna müharibəsinin mümkün həlli ilə yanaşı, Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub.

Oğuz