Azərbaycan millisinə hansı klubdan neçə futbolçu çağırılıb? - SİYAHI
Azərbaycan milli komandasının sentyabr-oktyabr aylarında keçirəcəyi oyunlar üçün 30 futbolçudan ibarət heyəti açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov sentyabrın 23-də Tacikistan, sentyabrın 27-si və oktyabrın 4-də Litva, oktyabrın 1-də isə Lixtenşteynlə keçiriləcək oyunlar üçün 30 futbolçu dəvət edib.
Milliyə ən çox futbolçu “Neftçi”dən çağırılıb. Bakı klubunun 6 üzvü yığmanın düşərgəsinə dəvət alıb.
Futbolçuların klublar üzrə bölgüsünü təqdim edirik:
“Neftçi” - 6 futbolçu:
Emil Balayev, Murad Xaçayev, Elvin Bədəlov, Rüfət Abbasov, Emin Mahmudov, Emil Səfərov.
“Sabah” - 5 futbolçu:
Rəvan Mirzəmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdulla Xaybullayev, Aleksey İsayev.
“Araz-Naxçıvan” - 2 futbolçu:
Ceyhun Nuriyev, Mustafa Əhmədzadə.
“Qarabağ” - 2 futbolçu:
Bədavi Hüseynov, Musa Qurbanlı.
“Şamaxı” - 2 futbolçu:
Edqar Adilxanov, Oruc Məmmədov.
“Turan Tovuz” - 2 futbolçu:
Rahil Məmmədov, Rəhim Sadıxov.
“Zirə” - 2 futbolçu:
Aydın Bayramov, Ayxan Hüseynov.
“Şəfa” - 1 futbolçu:
Fərid Yusifli.
“Petrolul” (Rumıniya) - 1 futbolçu:
Cəlal Hüseynov.
“Daejeon Hana” (Cənubi Koreya) - 1 futbolçu:
Anton Krivotsyuk.
“Bursaspor” (Türkiyə) – 1 futbolçu:
Toral Bayramov.
“Kiryat Şmona” (İsrail) – 1 futbolçu:
Rüfət Abdullazadə.
“Kisvarda” (Macarıstan) – 1 futbolçu:
Anatoli Nuriyev.
“Malisheva” (Kosovo) – 1 futbolçu:
Vüsal İsgəndərli.
“Rakuv” (Polşa) – 1 futbolçu:
Mahir Emreli.
“Bukovina” (Ukrayna) – 1 futbolçu:
Renat Dadaşov.
Beləliklə, 30 futbolçunun 22-si Azərbaycan klublarını, 8-i isə xarici klubları təmsil edir.
Oğuz