“Sabah” - “Neftçi” oyunundakı DAVANIN VİDEOSU

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçı qalmaqalla yadda qalıb.

May 17, 2026 - 20:25
May 17, 2026 - 20:32
“Sabah” - “Neftçi” oyunundakı DAVANIN VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, oyunun 84-cü dəqiqəsində “Sabah”ın futbolçusu Coy-Lens Mikels topu "Neftçi"nin ehtiyat oyunçular skamyasında əyləşən futbolçusu Emil Səfərova vurub. 

Qarşı tərəfin buna reaksiyası isə vəziyyəti gərginləşdirib və meydanda insident yaşanıb.

Baş hakim Kamal Umudlu hər iki futbolçunu qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb.

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oğuz

Həmin anın videosunu təqdim edirik: