"Konyaspor"un kapitanı fəsəstinli futbolçunun ƏLİNİ ÖPDÜ - VİDEO
Türkiyənin Konya şəhərində keçirilən "Fələstin günü" tədbirlərinin finalında "Konyaspor" futbol klubu Fələstin milli komandası ilə qarşılaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, 2-2 hesabı ilə yarımçıq dayandırılan oyun maraqlı anlarla yadda qalıb.
Belə ki, "Konyaspor"un kapitanı Deniz Türüç fələstinli futbolçunun əlini öpüb.
Matç boyunca Fələstini dəstəkləyən azarkeşlər meydanın kənarına fələstinli uşaqlar üçün oyuncaqlar atıblar.
Oyunda baş verən maraqlı hadisələrdən biri də matçın 90 dəqiqə tamam olmadan (89:59-cu dəqiqə) bitməsi və monitorda "Fələstin azad olunana qədər oyun təxirə salınır" yazılması olub.
Banu
Посмотреть эту публикацию в Instagram