İranda azərbaycanlı rəsmiyə BÖYÜK HÖRMƏTSİZLİK - Belə salamlaşma olur? + VİDEO
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə salamlaşması diqqət çəkib.
SAVASHMEDİA.az xəbər verir ki, Tehranda keçirilən görüşün əvvəlində Rezayinin Şahin Mustafayevə əl uzatdığı, lakin əlini aşağı səviyyədə saxladığı görünür.
Görüntüdən belə təəssürat yaranır ki, Rezayi salamlaşma zamanı üstün mövqe nümayiş etdirməyə və Şahin Mustafayevi fiziki olaraq özünə tərəf əyməyə çalışıb.
Lakin Şahin Mustafayev də həmin anda cavabsız qalmır. O, Rezayinin əlini tutaraq salamlaşmanı davam etdirir və öz bədən hərəkəti ilə yaranmış vəziyyətə uyğun reaksiya verir.
Daha sonra Rezayinin Mustafayevin əlini tam şəkildə sıxmaq əvəzinə əsasən barmaqlarından tutması da diqqət çəkir.
Qeyd edək ki, Şahin Mustafayevlə Möhsün Rezayinin görüşü sentyabrın 29-da Tehranda baş tutub. Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Oğuz