Rusiyaya qarşı sanksiyalar uzadıldı - Aİ

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sektoral sanksiyaların daha 6 ay müddətinə uzadıldığını rəsmən elan edib.

Jun 30, 2025 - 16:25
Rusiyaya qarşı sanksiyalar uzadıldı - Aİ

SAVASHMEDİA.az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə “X” media platformasında yazıb.

Aİ-nin top-diplomatının sözlərinə görə, Rusiyaya təzyiqlər Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibəni dayandırana qədər davam edəcək.

“Hər sanksiya Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədir”, - deyə Kallas vurğulayıb.

Ukrayna KİV-i yazır ki, yazılı prosedurdan sonra Aİ-nin bütün 27 ölkəsi sektoral sanksiyaların uzadılmasına dair sənəd imzalayıb: “Beləliklə, sanksiyalar 2026-cı il yanvarın 31-dək uzadılıb”.

Qeyd edək ki, iyunun 26-da Avropa İttifaqının liderləri  Rusiyaya qarşı sanksiyaların  daha 6 ay uzadılması ilə bağlı siyasi razılığa gəliblər. Lakin yeni məhdudiyyətlər paketinin təsdiqi ilə bağlı razılıq əldə olunmayıb. 

Xatirə SADİQ