Tramp senatora icazə verdi – Rusiyaya qarşı...

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsinin irəli sürülməsini dəstəkləyib.

Jun 30, 2025 - 16:27
Tramp senatora icazə verdi – Rusiyaya qarşı...

SAVASHMEDİA.az xəbər verir ki, bunu təşəbbüsün müəllifi, respublikaçı senator Lindsi Qrem ABC telekanalına müsahibəsində bildirib.
“Dünən biz qolf oynayarkən prezident ilk dəfə mənə dedi ki, bu qanun layihəsini irəli sürməyin vaxtıdır”, - Qrem vurğulayıb.

Onun sözlərinə görə, senatorlar Rusiya Prezidenti Vladimir Putini Ukrayna üzrə danışıqlara məcbur etmək üçün Trampa əsas verirlər.
Qrem həmçinin qanun layihəsinin işləmə mexanizmindən də danışıb. Senator diqqətə çatdırıb ki, əgər bir ölkə Rusiyadan mal almağa davam edərsə və Ukraynaya yardım göstərməzsə, onun ABŞ-yə ixracına 500 faiz rüsum tətbiq olunacaq. Belə ölkələrə misal olaraq senator Hindistan və Çini qeyd edib, çünki onlar Rusiyadan enerji resursları alırlar və bununla da Rusiyanın müdafiə sektorunu dəstəkləyirlər.

Qremin sözlərinə görə, təşəbbüsü artıq 100 senatordan 84-ü dəstəkləyib. Sənədə iyulun 7-dən sonra baxılması planlaşdırılır.

Xatırladaq ki, Tramp əvvəllər sanksiyalarla bağlı ziddiyyətli bəyanatlar verirdi və bunu Moskva ilə Kiyev arasında potensial danışıqlara mane olmamaqla izah edirdi.  

Xatirə SADİQ