"İrana doğru nəhəng bir Armada gedir" - Tramp

ABŞ prezidenti Donald Tramp böyük bir hərbi donanmanın İrana yollandığını bildirib. 

Jan 28, 2026 - 23:05
"İrana doğru nəhəng bir Armada gedir" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda o, "Truth Social" şəbəkəsində yazıb.

"İrana doğru nəhəng bir Armada gedir. O, böyük güc, həvəs və məqsədlə sürətlə irəliləyir. Bu, Venesuelaya göndəriləndən daha böyük bir donanmadır, başında güclü təyyarədaşıyan gəmi dayanıb", – Tramp qeyd edib.

"Ümid edirəm, İran tezliklə danışıqlar masasına əyləşəcək, ədalətli və bərabər saziş üzrə danışıqlar aparacaq, NÜVƏ SİLAHI OLMAYACAQ, bütün tərəflər üçün bu yaxşıdır. Vaxt bitir…", – postda bildirilir.

Oğuz