Azərbaycanın Xalq rəssamının qızı həbs olunub
Azərbaycanın Xalq rəssamı Qəyyur Yunusun qızı Nigar Yunus həbs olunub.
Məlumata görə, o, İnzibati Xətallar Məcəlləsinin tələblərini pozub.
Bu səbəbdə məhkəmə onun barəsində 1 ay müddətində inzibati qaydada həbs qərarı çıxarıb.
Qeyd edək ki, Nigar Yunus sənətşünas və ekspert kimi fəaliyyət göstərir. (teleqraf)