"Putin odla oynayır, Rusiyanın başına çox pis şeylər gələr" - Tramp
"Vladimir Putin dərk eləmir ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çoxlu pis şeylər gələ bilərdi. Mən həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!"
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, bir müddət əvvəl Amerika lideri Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutmasına cavab olaraq Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən narazı olduğunu bildirmişdi:
"Putinlə nə baş verdiyini bilmirəm. Mən onu çoxdan tanıyıram. Həmişə anlaşmışıq. Amma o, şəhərlərə raketlər atır və insanları öldürür və bu, mənim xoşuma gəlmir. Mən Putinin etdiklərini bəyənmirəm. O, insanları öldürür. Bu adama nəsə olub, mənim də xoşum gəlmir".
Oğuz