Türkiyə millisinin futbolçusu məşhur aktrisa ilə evlənir – Foto

Türkiyə millisinin və “Çaykur Rizespor”un futbolçusu Samet Akaydın ailə qurur.

May 27, 2025 - 20:09
May 27, 2025 - 21:37
Türkiyə millisinin futbolçusu məşhur aktrisa ilə evlənir – Foto

SAVASHMEDİA.az xəbər verir ki, aktrisa Hazal Çağlar ilə həyatını birləşdirəcək futbolçu artıq aktrisaya evlənmə də təklif edib.

Bu barədə Hazal Çağlar sosial şəbəkə hesabında paylaşım edib. Çağlar futbolçu ilə şəklini paylaşaraq “Bəli dedim” şərhini yazıb.

Xatırladaq ki, Hazal Çağlar “Gönül dağı” serialında “Asuman” obrazını canlandırıb.

Banu

Fotoda: Samet Akaydın

Fotoda: Hazal Çağlar