Trampın Ukrayna marağı Kremli məyus edib
“ABŞ prezidenti Donald Trampın Ukraynanın nadir torpaq metallarına marağı Kiyevə bu yolla hərbi yardım almaq təklifidir”.

SAVASHMEDİA.az “TASS”a istinadən xəbəbr verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bu, Ukraynaya yardım almaq, yəni onun əvəzsiz və ya başqa əsaslarla verilməsini davam etdirmək deyil, kommersiya əsasında təmin etmək təklifidir”, - deyə Kreml sözçüsü vurğulayıb.
Peskov onu da söyləyib ki, Vaşinqton üçün “Ukraynaya ümumiyyətlə yardım göstərməməsi və bununla da münaqişənin sona çatmasına töhfə verməməsi daha yaxşı olardı”.
Qeyd edək ki, Tramp ölkəsinin Ukraynadan nadir torpaq metalları almaq istəyini dilə gətirib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevə “milyardlarla dollar” verir və bununla da “sərmayə qoyulan şeyə təminat verilməsini” istəyir.
Xatırladaq ki, ötən il Ukrayna prezidenti Volodimir Zelenski təqdim etdiyi Qələbə planı çərçivəsində ölkəsi Avropa İttifaqı və ABŞ arasında uran, titan və litiumun hasilatına sərmayələr haqqında sazişlər bağlamağı təklif edirdi.
Xatirə SADİQ