“Yəqin məni həbs edəcəklər” – Gürcüstan prezidentindən gözlənilməz açıqlama

“Yəqin, bu, baş verərsə, impiçment olacaq və məni həbs edəcəklər”.

Oct 25, 2024 - 16:29
Oct 25, 2024 - 16:47
“Yəqin məni həbs edəcəklər” – Gürcüstan prezidentindən gözlənilməz açıqlama

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili mətbuat konfransında “Gürcü arzusu”nun seçkilərdə qalib gələcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala belə cavab verib.
 
Onun sözlərinə görə, 26 oktyabr tarixində keçiriləcək parlament seçkilərinin ekzistensial əhəmiyyəti var.

Müxalifətin seçkilərdə qalib gəlib-gəlməyəcəyi, Rusiya ilə Qərb arasında münasibətlərin necə balanslaşdırılacağı və ya Rusiyaya qarşı sanksiyaların tətbiq ediləcəyi suallarını cavablandıran Zurabişvili bildirib ki, ölkəsi heç vaxt Rusiya ilə Qərb arasında münasibətləri balanslaşdırmayıb.

“Gürcüstan sanksiyalara Moldova ilə eyni səviyyədə qoşulub, hərçənd nüanslar var. Bu problem deyil. Gürcüstan heç vaxt Rusiya ilə Qərb arasında münasibətləri balanslaşdırmayıb. “Gürcü Arzusu”nun da uzun hakimiyyət dövründə əməl etdiyi bir aydın yol var idi, o da Avropaya inteqrasiya yolu idi. Çünki Gürcüstanın müstəqillik, firavanlıq, sülh əldə edəcəyi başqa alternativ yoxdur. Əhalinin 90%-i belə düşünür. Onlar Gürcüstan yolunu belə dəstəkləyirlər. Son 30 ildə bu yolda əhalinin qarşısını heç nə almayıb. Bu yol qalib gələcək, çünki alternativ yoxdur”, - Salome Zurabişvili bildirib.

Xatirə SADİQ