"Putin Kurskla bağlı dezinformasiya yayır"  – Aleksandr Sırski

“Ukrayna qoşunlarının Kursk vilayətində mühasirəyə alınması ilə bağlı məlumatlar işğalçı Rusiyanın dezinformasiyasıdır”.

Oct 25, 2024 - 12:57
"Putin Kurskla bağlı dezinformasiya yayır"  – Aleksandr Sırski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istiandən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Teleqram səhifəsində bildirib.

“Bu, real vəziyyəti əks etdirməyən açıq dezinformasiyadır. Ukrayna qoşunları artıq üçüncü aydır, düşmənin döyüş potensialını məhv edərək Kursk istiqamətində aktiv əməliyyatları davam etdirir. Bu istiqamətdə düşmənin böyük təzyiqinə baxmayaraq, işğalçılar şəxsi heyət və hərbi texnika baxımından xeyli itki verirlər”, - Sırski vurğulayıb.

Onun sözlərinə görə, avqustun 8-dən indiyədək cəbhənin bu hissəsində rus qoşunları 17 min 819 nəfər itki verib: 6662 nəfər öldürülüb, 10 min 446 nəfər yaralanıb, 711 nəfər əsir götürülüb. Rusiyanın 45 tankı, 256 zirehli döyüş maşını, 565 ədəd avtomobil avadanlığı, 99 artilleriya sistemi və 5 raket sistemi məhv edilib.

Qeyd edək ki, Vladimir Putin BRICS sammitindən sonra keçirilən mətbuat konfransında Kursk vilayətində 2 min Ukrayna əsgərinin mühasirəyə alındığını və Rusiya ordusunun Ukrayna hərbçilərini sıradan çıxardığını bildirib.

Xatirə SADİQ