Pedro Sançes "xain" ELAN OLUNDU - İspaniya QARIŞDI
Madridin meri İsabel Dias Ayuso İspaniyanın Baş naziri Pedro Sançesi Seutaya miqrantların kütləvi axını fonunda yaranmış böhrana görə sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ayuso bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Hökumət İspaniyanın terrorçular tərəfindən işğal edilməsinə imkan verdi, halbuki, biz terror təhlükəsinin dördüncü səviyyəsində qalmaqda davam edirik”, - Ayuso bildirib.
Madrid rəhbəri paylaşımında Sançesi “məsuliyyətsiz insan” və “xain” adlandıraraq İspaniya hökumətini ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edib.
Xatırladaq ki, iyulun sonlarında İspaniyanın Şimali Afrikadakı Seuta anklavına kütləvi miqrant axını olub. İspaniya hakimiyyətinin məlumatına görə, on minlərlə insan Mərakeş ərazisindən quru və dəniz yolu ilə Seutaya keçməyə cəhd edib. Bəzi hesablamalara görə, böhran zamanı 50-60 minədək miqrant anklava daxil olub.
Hadisə İspaniyada ciddi siyasi və təhlükəsizlik müzakirələrinə səbəb olub. Baş nazir Pedro Sançes baş verənləri İspaniyanın ərazi suverenliyinin pozulması kimi qiymətləndirib.
Banu
Fotoda: İsabel Dias Ayuso