Messiyə hücum edən məşqçi arvadlarının davasında huşunu itirdi - ANBAAN VİDEO
Misir millisinin baş məşqçisi Hossam Hassan şəxsi həyatı ilə bağlı qalmaqalla gündəmə gəlib.
SAVASHMEDİA.az Misir mətbuatına istinadən xəbər verir ki, Hassanın həyat yoldaşı Dan Adam ilə keçmiş xanımı Hoveyda əl-Qərbavi arasında başlayan sözlü mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.
Hadisə Misirdəki kafelərdən birində baş verib. Baş məşqçi xanımları arasındakı davaya müdaxilə edən zaman güclü emosional stress keçirib. Vəziyyəti pisləşib, huşunu itirərək yerə yıxılıb. Onu təcili xəstəxanaya çatdırıblar. H.Hassanın durumu ilə bağlı əlavə məlumat verilməyib.
Xatırladaq ki, H.Hassan Dünya Çempionatı zamanı da emosional reaksiyaları ilə gündəmə gəlib. Belə ki, o, ölkəsinin Argentina ilə matçında argentinalı futbolçular, xüsusilə də Lionel Messiyə h*cum etmək istəyib, lakin Misirin məşqçi heyəti buna mane olub. O argentinalı azarkeşlərlə də dalaşıb və onlara tüpürüb.
H.Hassan Dünya Çempionatında Avstraliya üzərində qazanılan qələbədən sonra meydanda Fələstin bayrağı qaldırması ilə də gündəm olub.
Banu
Посмотреть эту публикацию в Instagram