ABŞ İranı vurmağa başladı - RƏSMİ
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı bir sıra hərbi zərbələrin həyata keçirildiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyatlar İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq başlanıb.
ABŞ tərəfi bildirib ki, zərbələrin məqsədi İranın hücum imkanlarını zəiflətmək və bölgədə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir. Hadisə Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.
Aytən