Surqutdan Bakıya gələn təyyarənin sərnişini öldü

Dünən Surqut-Bakı təyyarəsində halı pisləşən sərnişin vəfat edib.

May 22, 2025 - 10:17
Surqutdan Bakıya gələn təyyarənin sərnişini öldü

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya vətəndaşı 1969-cu il təvəllüdlü Esmira Məlik qızı Rəhmanova Surqut-Bakı reysini həyata keçirən təyyarə ilə Azərbaycan paytaxtına eniş edərkən ölüb. Onun infarkt səbəbindən vəfat etdiyi bildirilib.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.