İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseyni ölkəyə səfərə dəvət edib.

Jul 8, 2026 - 11:07
İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət etdi

SAVASHMEDİA.az xəbər verir ki, Prezident dəvəti İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edərkən edib.

Dövlət başçısı Azərbaycanda, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırladıb.