Messi vura bilmədiyi penaltidən DANIŞDI - "Özümə çox əsəbiləşdim"

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misir üzərində qazanılan 3:2 hesablı qələbədən sonra oyunda qaçırdığı penalti barədə danışıb.

Jul 8, 2026 - 11:23
Messi vura bilmədiyi penaltidən DANIŞDI - "Özümə çox əsəbiləşdim"

SAVASHMEDIA.az xəbər verir ki, ulduz futbolçu penaltini dəqiq yerinə yetirə bilmədiyinə görə özünə çox əsəbiləşdiyini bildirib.

“Penaltini dəqiq yerinə yetirə bilmədiyimə görə özümə çox əsəbiləşmişdim. Həmin anda komandanı çətin vəziyyətdə qoyduğumu düşünürdüm”, -  Messi vurğulayıb.

38 yaşlı hücumçu sonradan vurduğu qolun onun üçün böyük rahatlıq yaratdığını da qeyd edib. O, komandanın 0:2 hesabı ilə geridə olduğu görüşdə geri dönüş etməsini “inanılmaz” adlandıraraq, bütün futbolçuların sonadək mübarizə apardığını bildirib.

Qeyd edək ki, Messi ilk hissədə penalti zərbəsini qola çevirə bilməsə də, daha sonra hesabı bərabərləşdirən qolu vurub. Argentina isə möhtəşəm geri dönüş edərək Misiri 3:2 hesabı ilə məğlub edib və dünya çempionatının 1/4 finalına yüksəlib.

Aytən