Avtobus zolağına girməyin cəriməsi - Nə qədərdir?
Məlum olduğu kimi, avtobus və velosiped zolaqlarından qanunsuz istifadə edən sürücülərə cərimələr tətbiq olunur.
SAVASHMEDIA.az xəbər verir ki, avtobus zolağına və velosiped yoluna icazəsiz daxil olan sürücülər 100 manat məbləğində cərimə edilir və onlara 2 cərimə balı yazılır.
Bundan əlavə, sürücü bir il ərzində müxtəlif yol hərəkəti qaydalarının pozulmasına görə 20 və ya daha çox cərimə balı topladığı halda, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırıla bilər.
Məqsəd ictimai nəqliyyatın maneəsiz hərəkətini təmin etmək, avtobusların qrafik üzrə fəaliyyətini yaxşılaşdırmaq və velosiped yollarında təhlükəsizliyi artırmaqdır. Mütəxəssislər sürücülərə yol nişanlarına diqqət yetirməyi və xüsusi hərəkət zolaqlarından yalnız qanunvericiliyin icazə verdiyi hallarda istifadə etməyi tövsiyə edirlər.
Səlcuq