Messidən qələbə şərhi - "Əziyyət çəkdik..."

Argentina millisinin kapitanı Lionel Messi İngiltərə üzərində 2:1 hesablı yarımfinal qələbəsindən sonra komandası ilə qürur duyduğunu deyib.

Jul 16, 2026 - 01:14
Messidən qələbə şərhi - "Əziyyət çəkdik..."

SAVASHMEDİA.az xəbər verir ki, 39 yaşlı futbolçu matçın çox çətin keçdiyini bildirərək, komandanın sona qədər mübarizə apardığını vurğulayıb.

"Bu komanda ümidini heç vaxt itirmir. Yenə əziyyət çəkdik, amma məqsədimizə çatdıq", - Messi bildirib.

Argentina yığmasının kapitanı azarkeşlərə də təşəkkür edib və finala yüksəlməyin bütün ölkə üçün böyük qürur olduğunu söyləyib. 

Səlcuq