"Putin onunla cəmi bir dəfə telefonla danışıb" – Kreml təkzib edir
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov amerikalı iş adamı İlon Maskın Vladimir Putinlə müntəzəm əlaqə saxlaması xəbərini təkzib edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremlin sözçüsü bu barədə jurnalistlərə bildirib.
Peskov deyib ki, Rusiya prezidenti amerikalı iş adamı ilə cəmi bir dəfə telefonda danışıb:
“Bütün bunlar həqiqətə uyğun deyil. Putin 2022-ci ilə qədər Maskla bir dəfə əlaqə olub. Onlar telefonla danışdılar. Söhbət daha çox tanışlıq xarakteri daşıyırdı, texnologiyalar müzakirə olundu. Bundan sonra bu məsələ ilə bağlı heç bir əlaqə olmayıb”.
Dmitri Peskov əlavə edib ki, bu cür məlumatlar ABŞ-da həddindən artıq gərgin keçən seçkiqabağı kampaniyanın növbəti tullantısıdır. O xatırladıb ki, bir həftə əvvəl KİV Vladimir Putinlə Donald Tramp arasında müntəzəm təmaslar haqqında yazmışdı.
Bu günlərdə “The Wall Street Journal” iddia edib ki, 2022-ci ilin sonundan Vladimir Putin və İlon Mask müntəzəm əlaqə saxlayırlar. Onların söhbətlərinin mövzuları şəxsi, biznes və geosiyasi məsələlərdən ibarətdir. Rusiya prezidenti hətta sahibkardan Çinin maraqları naminə Tayvan üzərində “Starlink”i aktivləşdirməməyi xahiş edib.
Xatirə SADİQ