“Zelenskinin deyil, Ukraynanın tərəfindəyəm” - Donald Tramp
Rusiyanın hərəkətləri ABŞ prezidenti Donald Trampı Ukraynaya daha xeyirxah olmağa məcbur edə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Donald Tramp “The Atlantic” nəşrinə müsahibəsində deyib.
“Mütləq Zelenskinin tərəfində deyil, Ukraynanın tərəfində – bəli”, - deyə Tramp vurğulayıb.
“Ukraynaya daha çox silah təqdim edəcəkmi” suala cavabında Tramp deyib ki, silah fərqli ola bilər.
O, Rusiya Federasiyasına qarşı “sanksiyalaşdırılmış silahlar, bankçılıq və ya digər vasitələrdən” istifadənin mümkünlüyünü istisna etməyib.
Xatirə SADİQ