Məşhur türk aktrisası vəfat etdi - FOTO
“Yeşilçam”ın məşhur aktrisası Meral Kurtuluş vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, 87 yaşlı aktrisanın ölüm xəbərini Film-San Vəqfi yayıb.
Meral Kurtuluş 1935-ci ildə Kosovanın Prizren şəhərində anadan olub. 1950-ci illərdə ailəsi ilə birlikdə Türkiyəyə köçüb.
1959-cu ildə Türkiyə kinematoqrafiyasının və “Yeşilçam”ın ustad aktyorlarından biri olan Celal Kurtuluş ilə ailə həyatı qurub.
Kinematoqrafiyaya ilk addımını 1960-cı ildə çəkilmiş “Ayşecik” filmindəki rolu ilə atıb.
Karyerası boyunca yüzdən çox filmdə rol alıb. O dövrlər qızıl çağını yaşayan “Yeşilçam”ın axtarılan aktrisalarından biri olub.
Banu
Fotolarda Meral Kurtuluş