ABŞ dövlət katibi Holokostu xatırlatdı
“Biz, nasistlər və onların əlaltıları tərəfindən Avropada sistematik şəkildə qətlə yetirilən altı milyon yəhudini və daha milyonlarla insanı təntənəli şəkildə xatırlayırıq”.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Holokost qurbanlarının beynəlxalq səviyyədə Anım Günü ilə bağlı Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında bildirib
"Biz sağ qalanlara hörmət, xilaskarlara təşəkkür edirik, insan azadlığı və ədalətə sadiqliyimizi bir daha təsdiqləyirik. Dövlət katibi olaraq, ABŞ Senatında etdiyim kimi, Holokostdan sağ çıxanları və onların varislərini dəstəkləməklə bağlı sarsılmaz sadiqliyimi davam etdirəcəyəm”, - deyə Amerika diplomatiyasının başçısı vurğulayıb.
Holokost Qurbanlarının Beynəlxalq Anım Günü 27 yanvar 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib.
Bu il “Auşvits” kimi tanınan bu düşərgədən əsirlərin azad edilməsinin 80 illiyi qeyd olunur.
Xatirə SADİQ