Zelenski Baydeni Putinlə məxfi anlaşmada ittiham etdi - İsveçrədə gizli görüş?
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın SSRİ-nin dağılmasından sonra nüvə silahından əl çəkməsini tarixi yanlışlıq adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu sözləri İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində deyib.
“Biz nüvə silahından əl çəkməli deyildik. Bu, axmaqlıq idi, tamamilə məntiqsiz idi”, - Ukrayna prezidenti bildirib.
O, ABŞ-ın keçmiş prezidenti Co Baydeni də tənqid edib:
“Mənə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin 2021-ci ilin yayında İsveçrədəki görüşdə nə barədə razılığa gəldikləri çox maraqlıdır. Tarix göstərəcək”.
Oğuz