Moldova bu ölkəyə etiraz notası göndərdi

Moldova Xarici İşlər Nazirliyi (XİN) seçkilərə müdaxiləsi və bu yaxınlarda ölkənin bəzi bölgələrində qalıqları tapılan iki rus pilotsuz uçuş təyyarəsi ilə əlaqədar Rusiyaya etiraz notası verib. 

Nov 12, 2024 - 17:26
Moldova bu ölkəyə etiraz notası göndərdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.

Rusiyanın yeni təyin olunmuş səfiri Oleq Ozerova təqdim edilən etiraz notasında bildirilib ki, Moskvanın hərəkətləri Moldovada keçirilən seçkilərin və referendumun nəticələrini təhrif etmək, Moldovada demokratik prosesi pozmaq və qeyri-legitimləşdirmək məqsədi kimi səciyyələndirilir. 

“Xarici İşlər Nazirliyi dəfələrlə Rusiya hakimiyyətini bu hərəkətləri dərhal dayandırmağa və gələcəkdə Moldovanın daxili işlərinə istənilən müdaxilədən çəkinməyə çağırıb”, - deyə notada vurğulanıb.

Xarici siyasət idarəsi noyabrın 10-da Rusiya tərəfindən Moldovanın hava məkanının pozulmasını da pisləyib.  

“Moldova ərazisində iki rus pilotsuz uçan aparatı aşkar edilib. Ölkəmizin kompetentli müəssisələri bu dronların Rusiyadan buraxıldığı barədə məlumata malikdir”, - deyə idarədən bildirilib.

Kişinyov vurğulayıb ki, bu cür aqressiv müdaxilələr Rusiya Federasiyası tərəfindən ciddi pozuntu, qeyri-dost davranışıdır və mülki əhalinin həyatına təhlükə yaradır.

Xatirə SADİQ