Yüksək vəzifə verilən Zəka Mirzəyev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Zəka Mirzəyev nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Apr 16, 2025 - 12:27
Yüksək vəzifə verilən Zəka Mirzəyev kimdir? - Dosye

SAVASHMEDİA.az xəbər verir ki, 47 yaşlı Zəka Mirzəyev bu təyinatadək Fond sədrinin müavini vəzifəsini tutub.

BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr, magistr və aspirantura pillələrini bitirən Z.Mirzəyev 2000-ci ildən özəl sektorda çalışıb.

2005-ci ildə Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub. 2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2020-ci ildən DSMF-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.

20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.

Qeyd edək ki, Himalay Məmişov dünən Prezidentin Sərəncamı ilə DSMF sədri vəzifəsindən azad edilərək maliyyə nazirinin müavini təyin edilib.