Bu rayonda su olmayacaq – Xəbərdarlıq!

Bakının Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar mayın 27-də səhər saatlarından axşamadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

May 26, 2025 - 20:19
Bu rayonda su olmayacaq – Xəbərdarlıq!

SAVASHMEDİA.az-a Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

"Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək", - ADSEA bildirir.