Zəka Mirzəyev DSMF-yə sədr təyin olundu - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə sədr təyin olunub.

Apr 16, 2025 - 12:13
Apr 16, 2025 - 12:20
Zəka Mirzəyev DSMF-yə sədr təyin olundu - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Zəka Aqil oğlu Mirzəyev DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, 47 yaşlı Z.Mirzəyev bu təyinatadək Fondun İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, DSMF-nin əvvəlki sədri Himalay Məmişov ötən gün Prezidentin Sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.

Fotoda Zəka Mirzəyev