Sərnişion avtobusu aşdı - Yaralılar var

Yevlax rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var. 

Apr 16, 2025 - 11:47
Sərnişion avtobusu aşdı - Yaralılar var

TƏBİB-dən bildirilib ki, qəza zamanı xəsarət alanlara ilkin tibbi xidmət göstərilib.

Qeyd olunub ki, aprelin 16-da saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5 qadın, 3 kişi) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.