“Qəzza zolağında müharibə bitdi” - HƏMAS elan etdi
HƏMAS qruplaşmasının əsas nümayəndəsi Xəlil əl-Həyya Qəzza zolağında “atəşkəs” elan edib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə və “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.
“Biz qardaş vasitəçilərdən və ABŞ administrasiyasından təminat almışıq. Onlar müharibənin tamamilə bitdiyini təsdiqləyiblər”, - deyə Xəlil əl-Həyya vurğulayıb.
O, əlavə edib ki, İsrail öz həbsxanalarında ömürlük həbs cəzası çəkən 250 fələstinlini, eləcə də müharibə başlayandan bəri həbs edilmiş Qəzzadan olan 1700 fələstinlini azad etməlidir.
HƏMAS-ın nümayəndəsi diqqətə çatdırıb ki, saziş hər iki istiqamətdə Rəfah sərhəd-keçid məntəqəsinin açılmasını nəzərdə tutur.
Bundan öncə ABŞ prezidenti Donald Tramp Qəzza zolağında girovların bazar ertəsi və ya çərşənbə axşamı azad edilməli olduğunu bildirmişdi.
Amerika prezidenti həmçinin Misirdə sazişin imzalanma mərasimində iştirak edəcəyinə ümid etdiyini ifadə edib.
Xatirə SADİQ