“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı - FOTO

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

Oct 10, 2025 - 11:52
“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Bildirilib ki, bu barədə qərar Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü ərəfəsində qəbul olunub.

Bununla yanaşı, “Kommersant” qeyd edib ki, Rusiya da öz növbəsində ölkə ərazisində saxlanılan Azərbaycan vətəndaşını sərbəst buraxıb. Həmin şəxsin kimliyi açıqlanmayıb.

Xatırladaq ki, o bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində keçirdiyi əməliyyat çərçivəsində saxlanılmışdı.

İqor Kartavıx