“Putin zəifləsə də, bunu göstərmək istəmir” - ABŞ səfiri

Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarına başlamağa qərar verəcəyi an hələ yetişməyib. 

Oct 10, 2025 - 12:33
“Putin zəifləsə də, bunu göstərmək istəmir” - ABŞ səfiri

SAVASHMEDİA.az LSM nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Riqada keçirilən konfransda deyib. 

ABŞ səfirinin sözlərinə görə, Putinin problemi ondadır ki, çox zəifləsə də, bunu göstərmək istəmir: “Biz həmişə hər şeyin bir anda baş verəcəyini gözləyirik. Məsələn, Donald Trampın zəng edəcək və biz razılığa gələcəyik. Və bəzən elə belə də olur. Amma Vladimir Putin məsələsində, görünür ki, o, əyilməz olmaq qərarına gəlib və biz səyləri gücləndirməyə davam etdirməli olacağıq. İndi məhz bu, baş verir”. 

Amerikalı diplomat Putinin zəif cəhətləri arasında xüsusən də Kremlin “Tomahavk” raketlərinin Ukraynaya mümkün ötürülməsi xəbərinə reaksiyasını nümunə göstərib. 

“Eləcə də Fransa donanmasının “kölgə donanması” gəmisini saxlaması. Onlar buna da güclü reaksiya verdilər. Rusiyanın güclü reaksiya verdiyi üçüncü məsələ isə Trampın Rusiyanı "kağız pələng" adlandırdığı bəyanatı oldu. Onlar günü bizi [Rusiyanın] ayı olduğuna inandırmaqla keçirdilər. Bizə hazırlaşmaq lazımdır, çünki onlardan hər şeyi gözləmək olar. Lakin onlar necə oklurlarsa-olsunlar, biz güclü olduğumuza əmin olmalıyıq”, - deyə səfir əlavə edib. 

Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı vəziyyəti yekunda nizamlaya biləcəyinə əminliyini ifadə edib.
 
Xatirə SADİQ