Trampın müşaviri vəzifəyə namizədlərdən aylıq ödəniş tələb edib - QALMAQAL

Donald Trampın şəxsi müşaviri Boris Epşteyn növbəti administrasiyada vəzifələrə namizədlərin təyin edilməsində vasitəçi kimi gizli faydalar əldə etməyə çalışıb. 

Nov 26, 2024 - 11:23
Trampın müşaviri vəzifəyə namizədlərdən aylıq ödəniş tələb edib - QALMAQAL

SAVASHMEDİA.az “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə Donald Trampın hüquq komandasının hazırladığı hesabatda deyilir.

“Seçilmiş prezidentin baş müşaviri potensial administrasiya namizədlərindən Tramp qarşısında vəkilliyi müqabilində ona aylıq məsləhət haqqı ödəmələrini xahiş edib”, - hesabatda deyilir.

Nəşrin mənbələrinin məlumatına görə, belə təkliflər alanlar arasında maliyyə naziri vəzifəsinə namizəd Skott Bessent də olub.

“Hesabata görə, Bessentin fevral ayında Trampla ilk görüşündən bir gün sonra Epşteyn onu “Palm Beach” otelinə nahara dəvət edib. Burada Epştein ayda ən azı 30.000 dollar aylıq ödəniş istəyib”, - deyə nəşr vurğulayıb. 

Epşteyn özü ittihamları rədd edib.

Nəşr qeyd edir ki, hüquqi yoxlama təşəbbüsü Trampın özünə məxsusdur. Yeni seçilmiş prezident öz müşavirinin  potensial namizədlərə tələbləri barədə xəbər tutduqdan sonra yoxlamanı sifariş edib. 

Hesabatda Epsteynin işinin və Trampla sıx əlaqəsinin dayandırılması tövsiyə edilib. Bu tövsiyə müşavirin  hərəkətlərinin Tramp üçün nüfuz qalmaqalına və Epşteynin barəsində potensial cinayət təqibinə gətirib çıxara bilməsi ilə izah olunub. 

Trampın müşavirlərindən biri nəşrə deyib ki, Epşteyn tez-tez müsbət xəbərlərlə Trampa zəng edir: “O, yaxşı xəbər mələyidir”. 

Trampın bir çox müşavirləri Epşteynə şübhə ilə yanaşırdılar, çünki o, vəzifələr üzrə tövsiyələr verirdi və bu, onun hüquqi səlahiyyətlərindən çox kənara çıxırdı.

Epşteyn 2020-ci il prezident seçkilərindən sonra Trampa çalışmağa başlayıb. 

Sonrakı illərdə Tramp çoxsaylı cinayət ittihamları ilə üzləşdiyindən o, prezidentin hüquq komandasına rəhbərlik edib, Epşteyn tələb edirdi ki, Trampın bütün digər vəkilləri onun vasitəsilə işləsinlər.

Noyabr seçkilərindən sonra Epşteyn prezident Trampın komandasında mühüm rol oynayıb. O, Mar-a-Laqo iqamətgahında çoxlu vaxt keçirib və əsas vəzifələrə namizədləri tövsiyə edib.

Xatirə SADİQ