Paşinyan dostuna yüksək vəzifə verdi – Toy hədiyyəsi? + FOTOLAR
Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan qərar imzalayıb.
Qərara əsasən, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. Onun yerinə Alen Simonyan təyin olunub.
Paşinyan bu gün Qriqoryanın Təhlükəsizlik Şurasının katibi kimi sonuncu dəfə iclasda iştirak etdiyini bildirib. Armen Qriqoryan bu vəzifəyə səkkiz il əvvəl təyin olunmuşdu.
Qeyd edək ki, Nikol Paşinyanın dostu adlandırılan Alen Simonyan bundan əvvəl Ermənistan parlamentinin sədri vəzifəsində çalışıb. Yeni vəzifəyə təyin olunan Simonyanın toya hazırlaşdığı qeyd edilib. Ermənistan mətbuatı toy mərasiminin 5 sentyabrda olacağını yazıb. A. Simonyan həyat yoldaşı, 26 yaşlı aktrisa-model Aneliya Qubryanla bu ilin fevral ayında nişanlanıb. Cütlük iyun ayında rəsmi nikaha daxil olub.
Xatırladaq ki, bu 46 yaşlı A.Simonyanın üçüncü evliliyidir.
Banu
Fotoda: Alen Simonyan
Fotolarda: Aneliya Qubryan