Məşhur müğənni xərçəng xəstəliyindən vəfat etdi - FOTO

Braziliyanın məşhur müğənnisi Vanessa Rios vəfat edib. 

Oct 29, 2025 - 15:12
Məşhur müğənni xərçəng xəstəliyindən vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 42 yaşlı ifaçı ağciyər sinovial sarkoması kimi tanınan nadir və aqressiv ağciyər xərçəngi növü ilə mübarizə aparırmış.

2019-cu ildən xərçəng diaqnozu qoyulan V. Rios xəstəliyə qalib gəldiyini açıqlasa da, 2023-cü ildə yenidən ağciyər xərçənginə tutulub. Bir neçə gün öncə özəl xəstəxanaların birində həmin xəstəlikdən həyatını itirib.

Qeyd edək ki, V.Rios evli və 16 yaşlı bir qız anası idi.

Banu