Qızı əfsanəvi müğənninin öldürülməsini belə sifariş edib – Türkiyəni ŞOKA SALAN MESAJLAR

Türkiyənin əfsanəvi müğənnisi Güllünün ölümü ilə bağlı yeni faktlar ortaya çıxıb.

Oct 29, 2025 - 15:57
Qızı əfsanəvi müğənninin öldürülməsini belə sifariş edib – Türkiyəni ŞOKA SALAN MESAJLAR

SAVASHMEDİA.az xəbər verir ki, Güllünün İstanbulda səhnəyə çıxdığı əyləncə məkanlarından birinin sahibi Ferdi Aydın bir neçə gün öncə müğənnini qızı Tuğyan Ülkem Gülterin öldürdüyünü iddia edib.

Aydın bildirib ki, əlində Tuğyanın anasını öldürdüyünə dair sübutlar var. Qızı Güllünü qətlə yetirdiyini ailə dostları olan Bircan adlı qadına şəxsən özü “Whatsapp” yazışmasında və atdığı səs yazılarında etiraf edib. Sonra isə qadının evinə basqın edərək telefonunu alıb və yazışmaları silib. Lakin yazışmalar və səs yazıları bərpa olunaraq sübut kimi Yalova ədliyyəsinə təqdim edilib., Yalova

Tuğyan Ülkem Gülterin yazdığı “Whatsapp” mesajlarının bir qismi ictimaiyyətə açıqlanıb. Mesajlarda Tüğyan dəfələrlə anasının ölməsini istədiyini qeyd edir. Hətta anasını öldürməsi üçün bir qadına sifariş də verir.

Tuğyan Ülkem Gülter prokurorluqda verdiyi ifadədə mesajların ona aid olduğunu qəbul edib, lakin anasını öldürmədiyini bildirib.

Qeyd edək ki, Müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını bildirmişdilər. Lakin Güllünü tanıyanlar və sənət dostları onun cinayətə qurban getdiyi düşüncəsində idilər.

Banu