Yəməndəki husilərə hava zərbələri endirildi - VİDEO
Husilər ölkənin paytaxtı Sənaya 10-dan çox hava zərbəsi endirildiyini bildirib və ABŞ-ni günahlandırıb.
SAVASHMEDİA.az bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, ABŞ ordusu zərbələr barədə rəsmi açıqlama yaymayıb, lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aviadaşıyıcının və onun Yəmən üsyançılarına qarşı reydlərə hazırlığının foto və videolarını yayıb.
Qırmızı dənizdə mülki gəmilərə hücumları dayandırmaq məqsədilə Vaşinqton martın 15-dən husilərə qarşı hava əməliyyatına başlayıb. Həmin gündən Yəmənin üsyançıların nəzarətində olan əraziləri, demək olar ki, gündəlik zərbələrə məruz qalır.
Xatirə SADİQ