Zelenski-Tramp görüşündən sonra ABŞ buna razılaşdı - “Financial Times”

Vaşinqton ilə Kiyev arasında minerallar üzrə bağlanacaq saziş Ukrayna ərazisindəki bütün faydalı qazıntıları, o cümlədən əsas enerji aktivlərini, neft və qazı da əhatə edəcək.

Apr 28, 2025 - 15:24
Zelenski-Tramp görüşündən sonra ABŞ buna razılaşdı - “Financial Times”

SAVASHMEDİA.az bu barədə “Financial Times” (FT) nəşrinə istinadən xəbər verir. 

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, sazişə əsasən, Birləşmiş Ştatlar əvvəllər tələb etdiyi kimi, artıq göstərilmiş yardıma görə Ukraynadan təzminat almayacaq.

FT qeyd edib ki, bu irəliləyiş prezidentlər Volodimir Zelenski və Donald Tramp arasında keçirilən görüşdən sonra baş verib. 

Xatirə SADİQ