Yeni papanın seçiləcəyi iclasın tarixi məlum oldu – “Reuters”
Vatikanda növbəti Roma papasının seçilməsi üzrə konklav mayın 7-də başlayacaq.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu tarix pontifikin dəfn mərasimindən sonra kardinalların Vatikanda keçirilən qapalı iclasında müəyyən edilib.
Dünyanın hər yerindən yaşı 80-dən aşağı olan 135-ə yaxın kardinal konklavda iştirak etmək və kimin növbəti papa olacağına qərar vermək hüququna malikdir.
2005 və 2013-cü illərdə baş tutan əvvəlki konklavlar cəmi iki gün davam edib.
Xatirə SADİQ