Yağışlar nə vaxt kəsəcək? - Tarix verildi

Aprelin 16-sı gecə saatlarında Qərb rayonlarında yağıntılar tədricən kəsilib.

Apr 17, 2025 - 12:15
Yağışlar nə vaxt kəsəcək? - Tarix verildi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bəzi şimal və şərq rayonlarıda yağıntılar davam edir.

“Gündüz saatlarından yağıntıların şərq rayonlarında kəsiləcəyi proqnozlaşdırılır. Aprelin 18 və 19-u tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti olacaq.

Bölgələrdə yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə havanın maksimal temperatur Aran rayonlarında 14-19, dağlıq ərazilərdə isə 3-8 dərəcə isti olacaq”,- Gülşad Məmmədova vurğulayıb.