Antikorrupsiya qurumlarının müstəqillikləri qaytarıldı - Ukraynada 

Ukrayna Ali Radası korrupsiyaya qarşı mübarizə orqanlarına – Milli Antikorrupsiya Bürosuna (MAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğuna (İAP) səlahiyyətlərini qaytaran qanun qəbul edib.

Jul 31, 2025 - 14:54
Antikorrupsiya qurumlarının müstəqillikləri qaytarıldı - Ukraynada 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, parlamentin bugünkü iclası çanlı yayımlanıb. 

Parlamentin 331 üzvü bütövlükdə prezident qanununun qəbulunun lehinə səs verib, əleyhinə heç çik səs verməyib, bitərəf qalan da olmayıb. 9 deputat isə səsvermədə iştirak etməyib. 

Yeni qanun MABvə İAP-nin əvvəllər ləğv edilmiş müstəqillik təminatlarını bərpa edir. Artıq bu qurumlar Baş prokurorun nəzarəti altında deyil.

Eyni zamanda, qanun qüvvəyə mindikdən sonra altı ay ərzində Ukrayna Təhlükəsizlik Xidməti bu iki qurumun, eləcə də dövlət sirlərinə çıxışı olan digər qurumların əməkdaşlarını işğalçı dövlətlə əməkdaşlıq baxımından yoxlamalıdır.

Hər iki ildən bir bu qurumların əməkdaşları Ukrayna Təhlükəsizlik Xidməti ilə razılaşdırılmış metodologiya üzrə daxili poliqrafiya testindən keçməlidirlər.

Xatirə SADİQ