Tiflisdəki etiraz Berlin Film Festivalında göstəriləcək

Gürcüstanda son aylarda baş verən hadisələri əks etdirən “Inner Blooming Springs” gürcü sənədli filmi 75-ci Berlin Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək.

Feb 3, 2025 - 08:29
Feb 3, 2025 - 08:32
Tiflisdəki etiraz Berlin Film Festivalında göstəriləcək

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbəbr verir ki, film “xarici agentlər” haqqında qanunun elan edilməsindən sonra keçirilən genişmiqyaslı etirazlara həsr olunub.

Bu filmi Gürcüstan İctimai Əlaqələr İnstitutunun (GIPA) tələbəsi, festivalın debütantı, etiraz nümayişlərinin iştirakçısı Tinatin Kobiaşvili çəkib.

75-ci Berlinale Beynəlxalq Film Festivalı fevralın 13-dən 23-dək keçiriləcək. 

Xatirə SADİQ