Rusiya səfirliyinin 10 diplomatı Macarıstandan qovuldu - Casusluq edirmişlər

Macarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Budapeştdəki səfirliyinin 10 əməkdaşını "persona non grata" elan edərək ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Sep 9, 2026 - 13:24
Rusiya səfirliyinin 10 diplomatı Macarıstandan qovuldu - Casusluq edirmişlər

SAVASHMEDİA.az xəbər verir ki, rəsmi Budapeştin bununla bağlı yaydığı bəyanatda diplomatların statuslarına uyğun gəlməyən fəaliyyətlərlə məşğul olduqları vurğulanıb.

Məlumata görə, qərarın arxasında həmin diplomatların kəşfiyyat və casusluq şəbəkələri ilə əlaqələrinin aşkar edilməsi dayanır. Diplomatlara Macarıstan ərazisini tərk etmək üçün məhdud vaxt verilib.

Analitiklər Budapeştin bu addımını Macarıstan-Rusiya münasibətlərində son illərin en kəskin diplomatik böhranı və xarici siyasətdə ciddi dönüş kimi qiymətləndirirlər. Kremlin yaxın saatlarda adekvat cavab addımı atacağı gözlənilir.

Oğuz