ABŞ-nin İraqdakı bazası hücuma məruz qaldı
Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ-nin “Victory” (“Qələbə”) hərbi bazası raket atəşinə tutulub.
SAVASHMEDİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqda yerləşdiyi hava bazasına 3 raket atılıb.
“Onlardan ikisi xüsusi baza müdafiə avadanlığı ilə vurulub, üçüncüsü isə Terrorla Mübarizə Komandanlığının qərargahının yaxınlığında düşüb”, - AFP təhlükəsizlik mənbəyinə istinadən bildirib.
Xəsarət alan olmayıb.
“Shafaq News” nəşrinin mənbələri iddia edir ki, bazaya ikinci zərbə də hazırlanırdı. Belə ki, Bağdadın qərbində, atışın həyata keçirilməsi planlaşdırıldığı Əl-Amriya bölgəsində tərk edilmiş ərazidə mövqe tapılıb və məhv edilib.
İraq Nəqliyyat Nazirliyindən bildirilib ki, raket hücumu hava hərəkətinə təsir etməyib və Bağdad hava limanında mülki aviasiya xidmətlərinin dayandırılması ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir.
Xatirə SADİQ,