“İcazəmizə ehtiyac yoxdur, Rusiyanı vura bilərlər” -  ABŞ-dən Ukraynaya “yaşıl işıq”

“Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Ukraynaya ABŞ-dən icazə almaq lazım deyil. Ukrayna artıq öz silahlarından bu məqsədlə uğurla istifadə edə bilər”.

Oct 1, 2024 - 11:22
Oct 1, 2024 - 11:23
“İcazəmizə ehtiyac yoxdur, Rusiyanı vura bilərlər” -  ABŞ-dən Ukraynaya “yaşıl işıq”

SAVASHMEDİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə deyib.

“Ukraynanın Rusiya hədəflərinə cavab zərbəsi endirməsi üçün bizim icazəmizə ehtiyacı yoxdur. O suveren ölkədir və özlərinin yaratdıqları silahlardan istifadə edə bilərlər. Son vaxtlar tətbiq etdikləri proqramlara baxsanız, həmin silahların sayının az olmadığını görərsiniz”, - deyə o, vurğulayıb.   

Miller vurğulayıb ki, Ukraynanın özünümüdafiə üçün çoxlu vəsaiti var.

“Ukraynaya nədən Amerika silahları ilə cavab verməyə icazə verilməsin ki?” sualına cavabında Miller qeyd edib ki, Birləşmiş Ştatlar imkanları, taktikaları və ümumilikdə Ukraynaya göstərdiyi bütün dəstəyi bütövlükdə nəzərdən keçirir: “Biz hər hansı yeni silah sistemini və ya istənilən yeni taktikanı təsdiqləyəndə bunun bütün döyüş meydanına və Ukraynanın bütün strategiyasına necə təsir edəcəyinə baxırıq”.

Xatirə SADİQ