Putin intihar edən nazirin dəfninə qatılmadı: “Öhdəliyi yoxdur…”
Rusiya Prezidenti Vladimir Putin keçmiş nəqliyyat naziri Roman Starovoytun vida mərasiminə qatılmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC telekanalı məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məqamı şərh edərkən bildirib ki, dövlət başçısının həmişə dəfn mərasimlərini ziyarət etmək imkanı olmur.
“Burada heç bir öhdəlik yoxdur. Mən sadəcə kimin getdiyini deyə bilmərəm. Bu, həmişə hər kəsin şəxsi qərarıdır”, - Peskov vurğulayıb.
Sözçü qeyd edib ki, Putin bu gün Kremldə işləyir. Dövlət başçısının günün ikinci yarısında təhsil naziri Sergey Kravtsov, elm və ali təhsil naziri Valeri Falkov və baş nazirin müavini Dmitri Çernışenko ilə görüş planlaşdırılır.
Starovoytla vida mərasimi Moskvadakı Mərkəzi Klinik Xəstəxanada keçirilir. Mərasimdə onun xələfi, indiki nəqliyyat naziri Andrey Nikitin, eləcə də Baş nazirin müavinləri və bir sıra nazirlər iştirak edirlər.
Xatirə SADİQ